Şuşasızlar

Standart

e32f9susa

Bismilləhir –Rahmənir –Rahim

Şuşasızlar

Bu gün özümdə bilmədən,

qəlbimin dərinliyində Şuşanı xatırladım.

Qəlbimin dərinliklərində,

bir iz axtardım,

Şuşaya getmək üçün.

Amma sosial şəbəkələrdə gördüyüm Şuşa ilə,

keçmişdə qalan Şuşa fərqlidir,

hansını seçim?

Keçmişim,

uşaqlığım,

qalıb Şuşasız.

Amma gələcəyim sosial şəbəkələrdə Şuşa meydanına çevrilib,

ağrılı-acılı həyat yaşayıram sosial şəbəkələrdə,

Şuşa həsrətini çəkərək,

yağlı vədələrə aldanaraq,

yaşayıram Şuşasız

 

 

09.05.2015

Saat: 03:48

 

Advertisements

Rüşvət

Standart

img1457694

Bismilləhir Rahmənir Rahim

                                       Rüşvət

Yaşadığım illər ərzində o qədər hadisələrlə üzləşmişəm ki,hər şəy mənim üçün demək olar ki, adiləşib.  Çünki biz müharibə dövründən keçmiş uşaqlarıq, müharibənin ağrı-acısı hələdə bizlədir.  Bəzən bizə keçid dövrünün uşaqlarıda deyilirdi,amma sovet dövrü ilə bərabər, müstəqillik dövrünə qədəm qoyduq.  O, illərdə kimə nə desəydin,təbii çətinlik qarşısında deyəcəkdir:ay bala keçid dövründəyik.  Bu sözləri çox insanlardan eşitmişdik.  Lakin indi 21-ci əsrə qədəm qoyan ölkəmiz daha nə sovet dövründədir, nə də keçid dövründə. İndi vəziyyətdə, dövranda dəyişsədə insan bəzən elə hadisələrlə rastlaşır ki,həmin keçid dövründə olan hadisələr xatırlanır və insan təəsüf hissi keçirdir.  Bir neçə ay bundan qabaq Sumqayıtda yerləşən 1 saylı doğum evinə getmişdik. Nədənsə həyat yoldaşımı bu xəstəxana qəbul etmədi,sonradan aydın oldu ki, həkim adını daşıyan bu şəxslər pula görə bu qərara gəliblər.  Bu vəziyyətə dözə bilməyən yoldaşımın əmisi qaynar xəttə zəng edib məlumat verdi.  Hələdə bu hadisələrə müşahidəçi kimi baxırdım,bir çoxlarının hər kəs pul verir, səndə pul verəcəksən fikiri isə beynimdə canlanırdı.  Hər zaman rüşvət verən insanları qınadığım halda, indi rüşvət adlı bəla özü mənim qarşıma çıxmışdır.  Həyat yoldaşım isə,ağrıların şiddətindən yalnız həkimlərə bir söz demişdir:biz rüşvət verməyəcəyik. Artıq dərman reseptləri də bizim üçün yazılmışdır. Daha dözə bilmədim və qeydiyyat otağına yaxınlaşıb,soruşdum:məgər bu xəstəxanaya Dövlət tərəfindən dərmanlar göndərilmir?elə bu sözü demişdim ki,birdə gördüm elə hay-həşir qopdu,özümdə bu işə mat qaldım.  Hər şey aydın idi, üstümü unlu görüb adımı dəyirmançı çağırmışdılar. Xəstəxananın həyətinə çıxıb mobil telefonumdan ilk əvvəl qaynar xətt xidmətinə və sonra isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə zəng etdim. Özümü təqdim edib,ətraflı məlumat verəndən təxmini 15 dəqiqə sonra,xəstəxananın bütün əhvalı dəyişdi.  Mənə oğlum,qardaş deyənlərində sayı çoxaldı.  O,qədər mənə mehribanlıq göstərildi,özümdə gözlərimə inanmadim,düşündüm bəlkə yuxu görürəm. Amma bu yuxu yox,ordakı şəxslərin dəyişən siması idi. Artıq baş həkimdə məni qəbul edib hər şeyin bu xəstəxanada pulsuz olduğunu demişdir.  Bu qədər söz-söhbətdən sonra övladımda dünyaya gəlmişdir.  Bu xəbəri eşidənlərin sual dolu baxışları məndən cavab gözləyirdi.  Qeydiyyat şöbəsinin qarşısında bəzi insanlar mənə qəhraman kimi baxırdılar.  Axı bura doğuşa gələnlərın qohum- əqrəbası təbii doğuşa 350 manat,qeysəriyyə əməliyyatına 650 manat pul vermişdilər. Heç kəs gözünə inanmırdı ki, bu xəstəxanaya biz pul ödəməmişik,bəlkə də bu işin yuxu olduğunu zənn edənlərdə var idi.  Lakin işin əsli bu idi ki,mənim Səhiyyə Nazirliyinə zənglərimdən sonra bu xəstəxanaya zənglər olunmuşdur.  Amma məni qınayıb o pul nə puldu ki, bu pulu xəstəxanaya şirinlik verirsən deyənlərdə az deyildi.  Mən isə cavabında, söhbət pul məsələsi deyil,mən pul verə bilərdim,amma bu pul rüşvət sayılır,həmdə dövlət xəstəxanalarına gələn vətəndaş üçün  hər bir xidmət pulsuzdur deyə cavab verirdim.  Amma mənə ağız büzənlər və rüşvəti şirinlik adı ilə təqdim edənlərdə az deyildi.

 

 

11.04.2015

http://yazar.in/yazi_rushvet_3210.html

Standart

18821_900077110043417_5540054130933905234_n

Axmaqlarla yol yoldaşı olub,bataqlığa düşəndən sonra ağılın necə böyük nemət olduğunu dərk etdim.

Cəmiyyət çirkablı qaba bənzəyir,

içindəki suda bulanıq sudur

qabdakı suyuda dəyişmək üçün

gərək qab özü də pak olsun əlbət

Biz reyslərlə irəlləyən böyûk qatarın sərnişinləriyik.Nə zamansa bu qatar dayanacaq və içindəki sərnişinlər niyyətlərinə uyğun olaraq getdikləri yerlərə catacaqlar.

Əqidəsi düz olmayanın ibadəti naqisdir.

Bəzilərinin qəlbi yataqxanaya bənzəyir,kirayə qalanlar isə burda bir mûddət yaşarlar və gedərlər.

Ey züleyxalar bizi zindanla qorxuzmayın. Biz zindandan qorxmarıq. Biz YUSIFLƏRIK. Bir zaman gələcək ki, ALLAH bizi quyudan çıxartdığı kimi, zindandan da xilas edəcək,və bizi MİSİR dövlətinin əzizi edəcək. Həmin zaman züleyxalar bizə aşiq olacaq. Biz MİSİR dövlətini yoxsulluğdan, aclığdan, zəlalətdən, bütpərəstlikdən xilas edəcəyik. Inşallah.

Əgər bilmək istəyirsinizsə əsil həqiqət, doğru yol hardadır? ALLAHın yer üzünə göndərdiyi QURANI-KƏRIMƏ baxın. Görün,oxuyun,islam dini ilə gedin və islamı insanlara öyrədin

Dünyanın sözünə baxsaydım əgər,

olardım sənin tək,məndə bəxtəvər,

dünya müvəqqəti,məhv olar əsər,

axirət övladı qalacaq sonda

Yaxşını pisdən ayırmaq üçün gərək sən özündə yaxşı olasan

Ey dünya səndən həzər edirəm,arxamca cahil də qeybət edir,özünə müsəlman deyəndə.YA ƏLİ(ə)sənə canım fəda. İndi başa düşürəm ki,25 il dərdini niyə quyuya demisən. Mən heç quyu da tapa bilmirəm. Dad insanların əlindən

eşq dediyin elə bir haldır ki, gərək heç nəyə baxmayasan və getdiyin yolda dəqiq və düzgün olasan. Sənin haqqında hər şey deyə bilərlər əsas odur ki sən özünü tanıyasan və biləsən ki aşiqlik nə deməkdir

Sizlər ofislərdə,məscidlərdə oturub şəriyyətdən danışa bilərsiniz,amma əsil müsəlman mütləq üzə çıxacaq,bulud onun üzünə kölgə salsa da O, mütləq günəş kimi parlayacaq. Bizim bir rəhbərimiz var. O,şəxs İmam MƏHDİDİR .O, QAIMDİR,O,MÜNTƏZİRDİR. YA MƏHDİ(Ə)mənim rəhbərim sənsən

Hər adamın özünə məxsus kitabı olduğu halda, bizim kitabımız QURANI-KƏRIMDİR

Ey IMAM Huseyn (ə) mən Kufədə doğulsam da Kufəli deyiləm. Kufəlilər kimi qorxaq və  xəyanətkar da deyiləm. Mən yalnız ALLAHdan qorxuram. Baban Muhəmmədin(ə)peyğəmbərliyinə şəhadət vermişəm. Əli(ə)-ın və Fatimeyi-Zəhranın(s.ə) övladlarını özümə IMAM bilirəm. Nə olar mənidə “EŞQ KARVANINA” götür.

Biz ŞİƏ olduğumuz halda, bizi necə qəbul etməyinizin bizim üçün heç bir əhəmiyyəti yoxdur,ey dünya bizi çünki ALLAH tanıyır

Bu cəmiyyətdə kimin kim olduğunu bilmək istəyirsənsə o kəsin danışdığı sözə bax çünki onun kimliyi o danışdığı sözdədir

Dünya sənin geyindiyin qara çadradan qorxur. Sən isə ALLAHDAN. Onlar qara çadranın dünyaya yayılacağından qorxurlar. Sən isə sonuncu İMAM yəni İMAM MƏHDİ(ə)-nın səni necə qəbul edəcəyindən qorxursan

Sən bizə pislik etsən də, biz sənə yaxşılıq edəcəyik. Çünki bizim şüarımız yaxşılıq etməkdir. Sənə maraqlıdır yəqin ki, biz səndən nə ilə fərqlənirik? Çünki biz ALLAHU-ƏKBƏR dedik.

Ey zülm biz sənə möhtac deyilik,biz ALLAHA möhtacıq

Harda yaşamağından aslı olmayaraq, dinini qoru və əsil müsəlman ol

Biz sənin hicabına uzanan əlləri kəsə bilərdik,lakin içimizdə olan baltalar bizim əllərimizi kəsdi

Əgər məni doğram-doğram etsələr və desələr ki,İmam Əlidən (ə) dön,yenədə dönmərəm. Çünki Əli(ə)haqqı deyib haqqı müdafiə edəndir