Cəmiyyətdəki proseslərin təhlili


cem

Hal-hazırda cəmiyyətdə baş verən hadisələr bir çoxlarına məlum olduğu halda, bu hadisələr bir çoxlarına da məlum deyil.  Insanların bəziləri cəmiyyətdə olan hadisələrə göz yumur, elələri də vardır ki, səsini çıxartmayaraq bəlkədə bu işlərlə razılaşır, bəziləri isə haqqını və hüqüqlarını hər zaman müdafiə edirlər. Cəmiyyətin bu hala düşməsi ilk növbədə ziyalilara təsir etməlidir desək, bəlkə də yanılmarıq.  Amma nədənsə ziyalı təbəqənin nümayəndələri bir çox məsələlərdə susur, bəziləri isə öz fikirlərini cəmiyyətə bildirməyə çəkinirlər.  Cəmiyyətdə qadın və kişi hüqüqlarının pozulması, qadınların dəyərdən düşməsi və mənəvi dəyərlərin arxa plana keçməsi cəmiyyətdə özbaşınalığın daha da artmasına səbəb olur.  Məsələn: İnternat məktəbində təhsilini başa vuran gənclərin necə çətinliklərlə üzləşdiyini, çətinliyin və məşəqqətli günlərin necə ağır olduğunu bu gənclərdən savayı və bu gənclər qədər heç kəs düşünə və dərk edə bilməz. Yəqin o gənclərin bir çoxları işsizlik və kimsəsizlik ucbatından əyləncə mərkəzlərində fəaliyyət göstərdikləri halda, gələcək həyatlarına da kölgə salırlar.  Bir müddətdən sonra belə gənclərin həyat tarixçəsi qaranlıq səhifələrdən ibarət olur desək, yanılmarıq.  Bəzilərinin əxlaqsızlıqla, narkotik maddələr və oğurluq kimi digər bu sayaq işlərlə məşğul olması və bu gənclərin qeydinə qalınmaması həm bu gənclərin, həmdə cəmiyyətin geri qalmasına səbəb olur.  Nəticədə cəmiyyətdə əxlaqsızlıq, işsizlik, cinayət halları və. s getdikcə artmağa başlayır.  Cəmiyyətin iflasa uğramasına səbəb olan amillərdən biri də TV kanallarının, KİV-inin düzgün tənzimlənməməsidir.  Məsələn: Bəzi reklam çarxlarında qadınların dəyərdən düşərək, reklamlara çəkilməsi, reklam olunan əşyanın bu reklamda çəkilən qadından dəyərli olması, cəmiyyətin necə bir halda olmasına əyani sübutdur.  Qadın isə cəmiyyətin incisi olmalı olduğu halda təəssüfedici haldır ki, dəyərsiz bir vasitəçiyə çevrilərək (təbii ki, bu sözlər hər bir qadina şamil deyil) cəmiyyətdə necə də dəyərdən düşməsi danılmaz faktdır.  Qadının elmindən, işindən istifadə olunduğu halda, qadının dəyərinin qiyməti layiqincə ödənilmir və nəticədə qadınların hüqüqları pozulur.  Cəmiyyətdə digər məsələlərdən biri də budur ki, insanın cinayət törətməsi və həmin cinayətə cəmiyyətdə qanuni şəkildə cavab verilməməsi bəzən cinayətkarın daha da aktivləşməsinə səbəb olur. Əməlindən peşman olmayan cinayətkar cəmiyyətdə dahada fəallaşaraq öz cinayətini ört-basdır edərək daha da insanların hüqüqlarını pozur və cinayət tərkibli işlər görür.  Amma bəzən cəmiyyətdə belə hadisələrlə də rastlaşırıq ki, islah olunma cəza müəssəsində cəzasını çəkmiş bir şəxs nədənsə cəmiyyətdə qınaq obyektinə çevrilir və cinayətkar olmayanda bu baxışlar ucbatından tam cinayətkara çevrilə bilir.  Cinayətə yol açan amillərdən biri də budur ki, islah olunmuş bir insan cəmiyyətə qayıtdığı halda həmin şəxs əksər hallarda işlə təmin olunmur və yaxud işlədə təmin olunarsada böyük təzyiqlərlə rastlaşır.  Cəmiyyətin həmin şəxslərə birmənalı baxışları çox güman ki, yenidən həmin şəxsləri cinayətə sövq edir.  Bundan əlavə məhkum olunmuş bir şəxsin ailədə mövcud olması həmin ailədəki insanların gündəlik qayğılarına da təsir edə bilər.  Məsələn: Cəmiyyətin uğursuz inkişafından biridə budur ki, bir şəxsin ailə üzüvlərindən biri və yaxud həmin şəxsə qan qohumluğu çatan insanlardan biri və yaxud kimlərsə məhkum həyatı yaşayıbsa, o ailədən və yaxud o nəsildən olan şəxsi dövlət idarələrində işə qəbul etmirlər.  Qəribədir ki, hərbi xidmətə çağrılan zaman hər bir vətəndaşdan soruşulur ki, ailəsində və yaxud qan qohumluğunda olan şəxslərdən məhkum olunan varmı? Və həmin şəxsdən alınan cavab hərbi xidmətə çağrılan şəxsin şəxsi işinə əlavə olunur.  Cəmiyyətin inkişafı yalnız elmi mənəvi dünyası güclü olan şəxsiyyətlərdən asılıdır desək bəlkə də yanılmarıq.  Cəmiyyətin islah olunması üçün insanların dünyaya baxışı dəyişməlidir.  İnsanlar maddi və nəfs istəklərindən uzaqlaşıb, mənəvi hisslərə tərəf meyl etməlidirlər.  Cəmiyyətdə hər bir şəxsin hüqüqları müdafiə olunsa, kimliyindən aslı olmayaraq hər bir fərdə qiymət verilsə, cəmiyyət normal inkişaf prosesi keçə bilər.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma